Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
17 NOYABR – DİRÇƏLİŞ GÜNÜDÜR

0






  • Azad, müstəqil Azərbaycanımızın təqvimində qırmızı rənglə qeyd olunan bir gün var: 17 Noyabr! Xalqımız bu günü hər il Vətənimizin bütün guşələrində böyük təntənə ilə qeyd edir. Xaricdə yaşayan soydaşlarımız da həmin günü bayram edirlər. "Dirçəliş günü" adlanır - 17 Noyabr günü! Bu günün çox maraqlı və şanlı bir tarixi vardır.

    1988-ci il noyabrın 17-si idi. Səhər tezdən başlayaraq paytaxtımızın ayrı-ayrı yerlərində nümayişçi dəstələri yaradıldı. Nümayişçilər əllərində Azərbaycan SSRİ-nin oraq-çəkicli bayrağı ilə dəstə-dəstə indiki "Azadlıq" meydanına tərəf üz tutdular.

    Mitinqdə çıxış edənlər "Müstəqillik!", "Azadlıq" çağırışları ilə əhalini azadlıq uğrunda mübarizəyə səsləyirdilər. Mitinq zamanı meydanın ayrı-ayrı yerlərində üçrəngli, ay-ulduzlu bayraqlarda görünməyə başladı.

    Moskva hər bir vəchlə Azərbaycanın tamamilə müstəqilliyinə mane olmaq istəyirdi. Buna görə də Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdirildi. Lakin Moskvanın bir çox hiylələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu.

    1991-ci ilin dekabrında SSRİ dağıldı. M.Qorbaçov da şərəfsizcəsinə öz vəzifəsindən kənar edildi, tarixin tullantıları içərisinə atıldı. Xalqımıza qarşı qanlı qırğınlar törədən cəlladlardan biri də beləcə cəzasına çatdı.

    1991-ci ildən 1993-cü ilə qədər rcspublikamızda özbaşınalıq baş alıb gedirdi. Xarici düşmənlərimizin havasına qol götüriib oynayanlar müstəqilliyimizi əlimizdən almağa var gücləri ilə çalışırdılar. Xalqımızın israrlı təkidi ilə 2-ci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev gərgin əmək sərf edərək müstəqilliyimizi qoruyub saxladı. Beləliklə də Azərbaycan müstəqil dövlət kimi yaşayır və uğurlu nailiyyətlərə imza atır.
    Yaşasın müstəqil Azərbaycan Respublikası!     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib33 dəfə
    17 NOYABR DİRÇƏLİŞ GÜNÜDÜR

    Maraqlı gələ bilər
    28
    156
    34